24 - İdeolojunun rolu nədir? ömürü nə qədərdir?
İdeolojunun
rolu nədir?
ömürü nəqədərdir?
Hər sinfin öz ideolojusu var,
Silahsız milləti edərlər “davar”.
462
Zalım istər ki, qoyun edə sağa
Məzlum istər ki, hər kəs ola ağa
Bu təzaddır ki, bölər sola sağa
Sömürü sinfi təzaddı yaradar
Təzadsız kommun çağını aradar
463
Zalım başqa cür ölçər, biçər, tikər
Ki necə başqa sinfi edə nökər
İdeolojusuz millət dərd çəkər
Zalım məzlumun qadasını almaz
Düşünüş tərzləri eyni olmaz
(İdeolojuları eyni olmaz)
Nəcəlik dəyişməz, şübhən olmasın
Elə ifşa et ki, çarə bulmasın
464
İdeoloju var ki, manqurt edər
Manqurt satqın sinfin yolunu gedər
Milli düşmənin düşmənini didər
İdeoloju da var ki, millidir
(Farsın ideolojusu millidir)
Manqurt olmayan xalqından bəllidir
465
Səfləri ayırar ideoloju
Xətti-məşy qayırar ideoloju
Savaşa çağırar ideoloju
İdeoloju düşünüş tərzidir
Ölçüb-biçdiyini tikən dərzidir
466
İşi qolaylaşdırar teknoloju
Yoxsa geç yayılar ideoloju
Başqadır ideolojunun rolu
İdeoloju təzadlardan doğar
Xalqın əli ilə düşməni boğar
467
O ideoloju ki, kama çatıb,
Deyər oyatma yatanı ki, yatıb,
Söylə ideoloju çağı ötüb.
O zaman ki, sömürü son bulacaq,
Sinfi ideoloju məhv olacaq.
468 Kim kimi silahsızlandırar?
İdeoloju düşünsəl silahdır
Silahsızın payı nalədir, ahdır
Silahlandırmamaq böyük günahdır
Düşünsəl silah vurar yerə sərər
Tank ilə top qoluna quvvət verər.
469
Kütlə dərdinə dəyəni dinləyər
Kimin doğru olduğunu anlayar
Haqlını yox ki, haqsızı danlayar
Çünkü bilikli insanlar caymazlar
Xalqı oyadan fikiri yaymazlar.
14.08.06
23
İqtisad toplumu qatlara bölər
Fəlsəfə səbəbi bulmağa dalar
Hər sinfin gedəcəyi yolu bular
(Çəlişkiləri çözən yolu bular)
(Sinfi təzaddı çözən yolu bular) (Milli təzaddı ...)
(Gərəkli devrimin yolunu bular)
İqtisad dostu düşməndən ayırar
Fəlsəfədən sinfi silah qayırar*
Araz düşmənin bağrını çatlatma!