21 - Çağdaş Türk demokrası aşiqidir.
Çağdaş Türk
demokrası aşiqidir.
428
Demokrası hökumət formasıdır
Ürətici toplumun qaydasıdır
Yaxşı olduğu onun faydasıdır
Çağdaş Türk demokrası aşiqidir
429
Demokrası çağdaşlığın dinidir
Fikir ürətənlər onun beynidir
Beyni təkin hər şeyi də yenidir
Çağdaş Türk demokrası aşiqidir
430
Demokrası sağlam üst yapı yapar
Hər şey öz qayda-qanununu tapar
Deyər işlə, işlət, karını apar
Çağdaş Türk demokrası aşiqidir
431
Demokrası deyər sərbəstcə düşün
Ürətici yetişdirməkdir işin
Düşünün ki, ürətin, yazın, qoşun
Çağdaş Türk demokrası aşiqidir
432
Demokrası özgürlük haqqı verər
Düşüncənin əlinə çaqqı verər
Təhqirə yox, tənqidə yetqi verər
Çağdaş Türk demokrası aşiqidir
433
Demokrası haqq tanıyar ürəyə
Eyni haqları verər hər bireyə
Fərq qoymaz qadın ilə erkəyə
Çağdaş Türk demokrası aşiqidir
434
Demokrası qoymaz kefinə dəyə
Azınlığa haqq verər sözün deyə
Çoxunluğun hökümünə baş əyə
Çağdaş Türk demokrası aşiqidir
435 (luğaz ~ lağ)
Demokrası etiraz haqqı verər
Döyməyə çənə-boğaz haqqı verər
Sağlam formada luğaz haqqı verər
Çağdaş Türk demokrası aşiqidir
436
Demokrası hər quruma haqq verər
Çamır atmayan yoruma haqq verər
Qurum yaradan duruma haqq verər
Çağdaş Türk demokrası aşiqidir
437
Demokrası göstəri haqqı verər
Xalqı oyadan haqqı qayğı verər
Dövlətə qarşı çıxan xalqı verər
Çağdaş Türk demokrası aşiqidir
438
Demokrası haqq verər hər grevə
Dövlətə haqq verməz ki, girə evə
Patrona deyər ki, razı et sevə
Çağdaş Türk demokrası aşiqidir
439
Demokrası edam haqqı verməyib
İşkəncəyə yaşam haqqı verməyib
Siyası üçün dam haqqı verməyib
Çağdaş Türk demokrası aşiqidir
440
Demokrası ağılın məhsuludur
Mədəniləşməyin ilkin yoludur
Disiblindən yana sinfin quludur
Çağdaş Türk demokrası aşiqidir
441
Laik dövlət bu nədənlə sapılmaz
Anayasası dinçiyə qapılmaz
Çünkü dinsəl ilkə onda tapılmaz <<<
Çağdaş Türk layikliğin aşiqidir.
18.09.2005