20 - Sən dedin: “Mən məşruə istəmirəm.”
Sən dedin:
“Mən məşruə istəmirəm.”
420
Ay istibdada qarşı savaşan Türk
Məşrutə haqqı alıb paylaşan Türk
Məşruəyə qarşı coşub-daşan Türk
Sən dedin: “Mən məşruə istəmirəm.”
421
Ay Türk soylu qadını qurtaran Türk
Qoyun edən islamı otaran Türk
Yeri əkib-biçənə qaytaran Türk
Sən dedin: “Mən məşruə istəmirəm.”
422
Ay istiqlal üçün şahı qovan Türk
Türk düşməninin burnunu ovan Türk
Məşruəsi tutdu sənə divan Türk
Sən dedin: “Mən məşruə istəmirəm.”
423 *- Hizbullah Fars malıdır.
Ay məni demokrat yetişdirən Türk*
Yaramızı sarıb bitişdirən Türk
(İstiqlalımızı gecikdirən Türk)
Genə de mən məşruə istəmirəm.
424
Sən məşrutə pozan Fars deyilsən Türk
Dinçi Ərəbə zapas deyilsən Türk
Dəmiri çürüdən pas deyilsən Türk
Genə de mən məşruə istəmirəm.
425
Sən siyasətdə dinçi deyilsən Türk
Dərssiz, ibrətsiz gənci deyilsən Türk
Qızılısan, bürüncü deyilsən Türk
Genə de mən məşruə istəmirəm.
426 *- Heydər Əmoğlu
Səni Səttarxan demokrat edib Türk
Səttar Əmoğlunun yolun gedib Türk*
Pişəvəri harayına yetib Türk
Genə de mən məşruə istəmirəm.
427
Sən ata-babamın fəryadısan Türk
Onların gəlişmiş övladısan Türk
Övladının dərsi, ustadısan Türk
Genə de mən məşruə istəmirəm.
20.09.2005