Çap

16 - Sizə yaraşsa da, Türkə yaraşmaz

       Sizə yaraşsa da,

       Türkə yaraşmaz

Qadın haqlarını gömən faşistdir,

Dinçi anlamında mömün faşistdir.

 

369  *- Cənab “Gamoh” və “Gaip”!

Mollaları xalqa alim tanıtmaq*

Çağ dışı olduqlarını unutmaq

Feodalizmin xeyrinə donatmaq

Sizə yaraşsa da, Türkə yaraşmaz

370

İslamın boynuna kıravat asmaq

Şəklini dəyişdirib, xalqa basmaq

Demokrat olmadığı haqda susmaq*

(İrticaçi olduğu haqda susmaq)

Sizə yaraşsa da, bizə yaraşmaz

 

       *- Heç bir molla demokrat ola bilməz,

 Qurana qarşı zurna çala bilmz.

371

Məsciddə vaxti tükədib-öldürmək

Ağlın yerini cəhl ilə doldurmaq

Feodalizmi qoruyub, güldürmək

Sizə yaraşsa da, Türkə yaraşmaz

372

Həm axırdan, həm də torbadan yemək

Feodalizmə kapitalizm demək    (kpmpradorizm)

İdeolojusuna qulluq etmək

Sizə yaraşsa da, Türkə yaraşmaz

373   *- Qurandaki Allahdan söz gedir.

Allahın yersəl olduğunu danmaq*

Geriçi dinini müqəddəs sanmaq

Ərbabın, tacirin oduna yanmaq

(Antiqadın sinfin oduna yanmaq)

Sizə yaraşsa da, Türkə yaraşmaz

374

Allahı tanıdanları susdurmaq

Alladdan ağıllıya qan qusdurmaq

Tənqid edəni öldürüb-basdırmaq

Sizə yaraşsa da, Türkə yaraşmaz

375

İslama qarşı savaşa dalmamaq

Zillullahlarını yada salmamaq

keçmiş 1400 ildən dərs almamaq

Sizə yaraşsa da, Türkə yaraşmaz

376     Diqqət: Bu günün yarını var.      <<<

“Yurdsevər” mollaları lider etmək

Geriçi liderin yolunu getmək

İstiqlaldan sonra demokrat ütmək

Sizə yaraşsa da, Türkə yaraşmaz

 

Heç bir ümmətçi millətçi ola bilməz ki, istiqlalçı ola:

 

Ummətçi müqəllid yetişdirər ki, ... montaj edə,

Milli burjuvazının devrimini kurtaj edə.  <<<

 

Bu günün yarını var,       (Milli-demokrat ütmək)

Sağçı milli haqq satar.                01.09.2005