15 - Molla qardaş insaf da yaxşı şeydir
Molla qardaş
insaf da yaxşı şeydir
362
İslam haqsız yaşadıb dərdə salıb
Farsa milli kölə etməyə dalıb
Baş qaldıranların canını alıb
Yurdumu çapdırıb ki, geri qalıb
Molla qardaş insaf da yaxşı şeydir
363 (Surə 30, ayə 22)
İslam dini şovenisti bir dindir
İşqalçı dini olduğu aydındır
İstiqlal haqqından yoxsun qadındır
Molla qardaş insaf da yaxşı şeydir
364
İslam dini kökündən geriçidir
Dörd nikah, çox siqəçi qarıçıdır
Nəsiminin qatili dəriçidir
Molla qardaş insaf da yaxşı şeydir
365
İslam zalımın dünya baxışıdır
Qadına pis şey erkəkə “yaxşı”dır
Dörd arvad haqqı verən din vəhşidir*
Molla qardaş insaf da yaxşı şeydir
*- Dörd arvad haqqı verən din vəhşidir.
Talaq haqqı verməyən din vəhşidir.
Uşaq haqqı verməyən din vəhşidir.
Yazqı haqqı verməyən din vəhşidir.
Tənqid haqqı verməyən din vəhşidir.
366
İslam çağ dışı yaşam üsuludur
Geriçilik islamın məhsuludur
Çağdaşlaşmaq gəlişməyin yoludur
Molla qardaş insaf da yaxşı şeydir
367
İslam haqq veribdir ancaq özünə
Ki yalan deyə məzlumun gözünə
İnanma yalançı dinin sözünə*
Molla qardaş insaf da yaxşı şeydir.
*- Surə 65, ayə 12.
*- Surə 2, ayə 29, 57.
*- Surə 20, ayə 32.
*- Surə 67, ayə 5.
*- Surə 22, ayə 65.
*- Surə 14, ayə 33, 32.
*- Surə 25, ayə 46, 62.
*- Surə 16, ayə 68, 69, 79, 80, 81.
*- Surə 42, ayə 33.
*- Surə 17, ayə 12.
*- Surə 2, ayə 164, 13.
*- Surə 8, ayə 31.
368
İslam haqq verməyib, molla neyləsin?
Nə yaxşı mollalığı tərk eyləsin
Yoxsa tərk etdirən devrim diləsin
Milli-demokrat olmaq yaxşı şeydir.
18.10.2005