13 - Oyan Azərbaycanım, gec qalıbsan.
Oyan Azərbaycanım,
gec qalıbsan
339
Lenin istiqlalımızı çökdürdü
Babalarımı öldürdü, köçdürdü
Kim Leninin heykəlini tikdirdi?
Oyan Azərbaycanım, gec qalıbsan.
340
Ərəb dini yurdumu işqal etdi
Rzanı valiye o mahal etdi
Kim işqalçını müqəddəs mal etdi?
Oyan Azərbaycanım, gec qalıbsan.
341 (Heydər Əliyev)
Rus otayı sömürgə bölgə etdi
Qulluqçusu Heydəri süngü etdi*
Kim istiqlaldan sonra “ülgü”etdi?
Oyan Azərbaycanım, gec qalıbsan.
*-1) Şerim olacaqdır iti sünqülər
Sinəmi səngərə verdiyim zaman
O gün cəbhədəki hər qızıl əsgər
Səsləyəcək məni – “Yoldaş komandan!”
*-2) Deyirlər bu ilin məhsulu çoxdur;
O gördüyün kənddə dilənçi yoxdur;
Əlimiz işdədir, gözümüz toxdur.
Bu xəbər ölkəmin zəfər səsidir,
Bu şanlı bayramın hədiyyəsidir. (oktyabr inq.)
(Yazqısını sömürgəçi Rus yazan) Səməd Vurğun
Bir az rifah verdi yurdunu çapa,
Gəlişdirmədi ki, istiqlal tapa. Baltacı. Araz
(Pambığımız bol olacaq, ana fabrikamız olmayacaq.)
342
Qadına haqq verməyən islam dini
Qınadı o haqqı verən Lenini
Kim Leninə deyir qadın düşməni?
Oyan Azərbaycanım, gec qalıbsan.
343
Əli dedi: “İşləmə, pay al yerən,”
“Allahı da razı edər pay verən.”
Kim bu zalıma deyər “adil” ərən?
Oyan Azərbaycanım, gec qalıbsan.
344
İslam haqqı alıb verib zalimə
Öyrətdikləri tərs düşür bilimə
Kim mollaları bənzədir alimə?
Oyan Azərbaycanım, gec qalıbsan.
345
Geriçilik islamın kökündədir
Anlamayanın zəfi dərkindədir*
Kimin yeri quyunun tərkindədir?
Oyan Azərbaycanım, gec qalıbsan.
*- Qanmaza qandırmaq olmaz.
22.09.2005