Çap

8 - Əskərim! Bürokratım! Deputatım!

     Əskərim!

   Bürokratım!

   Deputatım!

282

Hər toplum sinflərdən təşkil tapıb

Ağlını uduzan yolundan sapıb

Yoxsul edən sinf qazancını çapıb

Tacir sinfi xalqımı yoxsul edib

Urusbu, qaçaqçı, ..., yetim, dul edib

 

Çarəsi nədir? Nə zaman? Genə də “inşaallah”?

283

Dövlətin soldatı yoxsul oğludur

Şefi, bürokratı yoxsul oğludur

Məclis deputatı yoxsul oğludur

Dövlət sərmayənin qoruqçusudur

Yoxsul edən sinfin qulluqçusudur

284

Tacir sinfi xalqın cibini soyur

Rüşvət ilə haqqın gözünü oyur

Rüşvət yeyən qanunsuzluğa uyur

Tacir sinfi əxlaqiyyatı pozur  <

Yolsuz etdiyini özündə çözür

285

Yurdsevər xalqın övladı soldatdı

İdarə edən oğlu bürokratdı

“Qanunverici” oğlu deputatdı

Yoxsulluqdan istedadını satdı  <

İstedadsız istedadı qullanır

Sapmayanlar zindanlara yollanır

286       *- Deməyin demədilər.

Sapmış yoxsulu bürokrat edirlər

İçiboş rütbəli soldat edirlər

“Qanunverici” deputat edirlər

Yoxsulu yoxsula qənim kəsirlər*  <

Ki baş qaldıra bilməyə əsirlər

287

Nə zamana qədər sinfi zülüm var

Rifah istəyən yoxsula ölüm var

Fikir meydanında söz Koroğlum var

O zamana qədər sinfi savaş var

Bayramdan bayrama bizdə bozbaş var

288

Gərçək söz düşmənə zəhərli oxdur

Tacir sinfinin müsbət rolu yoxdur

Yoxsul etdiyi qədər payı çoxdur

Yaradan, yönəldən, qoruyan yoxsul

Hakim olsa yeyib-içərik bol-bol

289

Əskərim! Bürokratım! Deputatım!

Sən məni atsan da, mən necə atım?

Özünə gəl ki, mən arzıma çatım

Ata baş qaldırsa haqqını ala

Oğul “Ana əmcəyi kəsməz” bala.

13.01.2005