6 - Ayə ibtal edən dinçi sayılmaz.
Ayə ibtal edən
dinçi sayılmaz.
Dinçiliyin adı qalmış, özü yox.
264
Tənqid haqqı olan dinçi sayılmaz
(Yazqı haqqı olan dinçi sayılmaz)
Yanlış ayə bulan dinçi sayılmaz
Ağlı hakim qılan dinçi sayılmaz
Cahil ağıllıdan öyrənməlidir
Kirli ayələrdən irənməlidir <
Kirli fikirlərdən arınmalıdır
265 (Haqqverilməz, alınar.)
Qazı olmuş xalan dinçi sayılmaz
Talaq haqqı alan dinçi sayılmaz
Haqq almağa dalan dinçi sayılmaz
Allah aldığı haqqı geri verməz
Rəiyyətdən aldığı yeri verməz
266
Öz haqqını alan dinçi sayılmaz
Hür doğubhür qalan dinçi sayılmaz
Dini taxtdan salan dinçi sayılmaz
Dinçi qalmaq istəsən haqqından keç
Haqqına əl qoymuş Allaha and iç*
*- Yerinə işədiyi yetməyir, şirin çay da istəyir.
Yəni həm öldürür, həm də güllə pulu istəyir.
267
Başı açıq Ləylan dinçi sayılmaz
Qolun salsa qolan dinçi sayılmaz
Desə sərbəst dolan dinçi sayılmaz
Dinçi qalmaq istəsən qazı olma
Qadın azadlığına razı olma* <<<
*- Qanmaza qandırmaq olurmu?
268
Namazsız qız-oğlan dinçi sayılmaz
Araq içən balan dinçi sayılmaz
Guya çalğı çalan dinçi sayılmaz
Dinçi qalmaq istəsən geriçi qal
Qeyrət öldürənin önündə dombal*
*- Hər gün on yeddi kərə.
Dombaldır ki, dombalmaq öyrənəsən. (tu!)
269
Ayə ibtal edən dinçi sayılmaz
Yuxlayanı oyadmasan ayılmaz
Reklam olunmayan fikir yayılmaz
Əməldə uymasan, sözdə də uyma
Dinsizlərin adını dinçi qoyma. <
17.04.2005