Antiqadın və özbaşına siyasi Tanrını tanıyalım.

(Ki “Tanrı Türkü qorusun” ilə “İslamı qoruyacaqız” və “İslam

dininə hörmətimiz var” deyən politikaçıları da tanımış olalım.)

Vəhşi Ərəb Türkü it təkin ditdi,

(İslam Ərəbi də it təkin ditdi,)     (xəndək, uhud, bədir, ... savaşları)

Qılınc gücü ilə müsəlman etdi.

Hər kəsin təbliğ və tənqid haqqı var,       (plüralizm və ...)

Yaxşıya hörmət edərlər, pisi xar.           Baltacı Araz

“Qanunun özü həm də qanun yazanın özüdür və o da tanrıdır.

Biz qanundan bir şey bəkləyiriksə, bunun ən bəsit anlamı odur

ki, biz qanunu tanıyıb ona uymağa çalışırıq.” Mahatma Qandı

 

Müsəlman yəni qurandakı Allahın emirlərini daşıyan ayələrə

təslim olmuş insan. (Surə 3, ayə 20)              Baltacı Araz

 

Quranın 17-ci surəsinin, 88-ci ayəsi:

(Ya Peyğəmbərim!) De: "Əgər insanlar və cinlər bir yerə yığı-

şıb bu Qur'ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək

etsələr, yenə də ona bənzərini gətirə bilməzlər".

Surə 4, ayə 82:

Onlar Qur'an barəsində (onun Allah kəlamı olması haqqında)

düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı,

əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.

Surə 18, ayə 1:

Həmd olsun O Allaha ki, Kitabı (Qur'anı mə'nasında və sözlə-

rində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən

Öz bəndəsinə (Muhəmmədə) nazil etdi!

Surə 2, ayə 229:

... Bunlar Allahın hədləridir (hökmləridir). Onlardan kənara

çıxmayın. Allahın hədlərindən (qanunlarından – Araz) kənara

çıxanlar, əlbəttə, zalımlardır. ...

Surə 4, ayə 1:

Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan

zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və

qadınlar törədən Rəbbinizdən qorxun! ... (Yəni Adəmdən asılı

qılınan Həvvanın dəyəri Adəmin qabırqa sümüklərinin biri qə-

dərdir. – Baltacı Araz)

 

Surə 3, ayə 14:    (Dedi baxım qörüm mal necə maldı? - Araz)

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins aartl, mal-

qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər

insanlara(erkəklərə - Araz) gözəl göstərilmişdir. bunlar dünya

həyatının keçici zövqüdür,gözəl dönüş yeri isə Allah yanındadır.

Surə 2, ayə 223:

(Ey mö'minlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır.

İstədiyiniz vaxtda öz tarlanıza gəlin! ...

Surə 16, ayə 72:

Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz

cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün

(erkəklər üçün – Araz) oğullar, nəvələr əmələ gətirdi, ...

Surə 65, ayə 6:

Onları (boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş

qadınları) imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin

edin. ...

Əgər (bu məsələdə) çətinliyə düşsəniz (bir-birinizlə razılığa

gələ bilməsəniz), onu (uşağı) başqa bir qadın əmizdirə bilər.

Surə 4, ayə 3:

Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə

bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bə-

yəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağ-

layın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə,

o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kə-

nizlə evlənin. ...

Surə 23, ayə 6:

Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcə-

ləri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.

Surə 4, ayə 25:

İçinizdən azad mö'min qadınlarla evlənməyə maddi imkanı

olmayanlar sahib olduğunuz (əllərinizin altında olan) mö'min

(cavan, iffətli) cariyələrdən (kənizlərdən) alsınlar. ...

Əgər onlar (ərə getdikdən sonra) zina edərlərsə, cəzaları azad

qadınlara verilən əzabın yarısı qədərdir.

Surə 4, ayə 24:

Kocası olan kadınlarla da evlenmeniz haramdır, ancak harp

esiri olarak eliniz altında bulunan cariyeler bundan müstesna-

dır. ...                  

Surə 33, ayə 53:

... Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda,

pərdə arxasından soruşun (evlərinə daxil olmayın). ...

Surə 33, ayə 59:

Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö'minlərin övrət-

lərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə,

bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. ...

Surə 24, ayə 31:

...; öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini

(zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə)

göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər

(boyunları və sinələri görünməsin); ...

Surə 2, ayə 282:

... Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi

olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifa-

yətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi

onun yadına salsın. ...

Surə 4, ayə 34:   (Görünən kəndə bələdçi gərəkməz.” – Araz)

Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisi-

dirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və

(kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görə-

dir. ... (Kölələrə yazıqlar olsun! – Baltacı Araz)

Surə 2, ayə 228:

... (kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu

kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.

Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan

bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət, hikmət sahibidir.

(Diqqər: 1- Yəni devrimə düşünmə! 2- “daha artıq əziyyətə qat-

landıqları üçün” artırılmış cümlə Türkiyə türkcəsindəki təcümə-

də yoxdur. Çünkü o cümlədən tarlada işləyən və yük daşıyan

kölə ərbabından (ağasından) qatqat çox əziyyət çəkər. B. Araz)

Surə 24, ayə 2:

Zinakar kişiyi və zinakar qadına yüz çubuq vurun. Allaha və

axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin

icrasında) ürəyiniz onlara yumşalmasın və mö'minlərdən bir

dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və

ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə on-

ların cəzası daşqalaq edilməkdir).

Surə 4, ayə 11:

Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki

qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı

ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. ...

Surə 4, ayə 12:

(Ey kişilər!) Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa,

onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən

sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları

olduqda isə mirasın dörddə biri sizə çatır. Əgər sizin uşağınız

yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz

ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvad-

larınızın payına düşür. Övladlarınız olduqda isə mirasın sək-

kizdə biri onlara çatır. ...

Surə 4, ayə 176:

(Ya Rəsulum!) Səndən fətva istəyirlər. De: "Atası və övladı

olmayan şəxs (şəxsin mirası) haqqında Allah sizə belə fətva

verir:

 

Övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun

(atabir-anabir və ya yalnız atabir) bir bacısı varsa, qoyub get-

diyi malın yarısı bacıya çatır. Övladı (və atası) olmayan bir

qadın vəfat etdikdə qardaşı onun varisidir (malının hamısı

onun payına düşür). Əgər vəfat edən şəxsin iki (və ya daha

artıq) bacısı varsa, mirasın üçdə ikisi onlara çatır. Əgər varis-

lər qardaş və bacılardan (bir qardaş, bir bacı və ya bir neçə

bacı-qardaşdan) ibarət olarsa, kişiyə (qardaşa) qadına (bacıya)

düşən payın iki misli verilir". Allah bunu sizə doğru yoldan

çıxmamağınız üçün aydınlaşdırır. Allah hər şeyi biləndir!

Surə 43, ayə 32:

(Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini (peyğəm-

bərliyini) onlarmı paylaşdırırlar?! (Yəni kölə edən zalımlar

kölələrinin yazqısını yazmaq üçün özləri özlərini allahlığa se-

çərlər. Araz) Dünyada onların dolanacaqlarını(keçinəcəklərini)

öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər

deyə, bə'zilərinin dərəcələrini digərlərindən üstün tutduq. ...

Surə 16, ayə 75:

Allah belə bir məsəl çəkdi: "Heç bir şeyə gücü çatmayan və

başqasının malı olan bir qul özünə verdiyimiz gözəl ruzidən

(Allah yolunda) gizli və aşkar sərf edən birisi ilə (azad bir

insanla) eyni ola bilərmi?! Həmd (hər cür tə'rif və şükür) yal-

nız Allaha məxsusdur, ...

Surə 20, ayə 131:

(Kafirlərin) bə'zi zümrələrini sınamaq üçün onlara dünya hə-

yatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət (tamah)

gözü ilə baxma! (Gözünü dikmə!) (Yəni devrim nəticəsində

onların var-dövlətlərinə əl qoymayın! – Baltacı Araz)

Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha

baqidir (sürəklidir, əbədidir)!

Surə 17, ayə 21:  (“Görünən kəndə bələdçi gərəkməz.” Araz)

(Ya Peyğəmbərim!) Bir gör (var-dövlət, cah-cəlal baxımından

dünyada) onların birini digərindən necə üstün tutduq?   >>>

Axirətdə isə (dünyadakından) daha yüksək dərəcələr, daha bö-

yük üstünlüklər vardır!

Surə 3, ayə 26:

(Ya Rəsulum!) De: "Ey mülkün sahibi olan Allah!

Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və

istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. ...

Surə 3, ayə 27:

Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən diri,

diridən isə ölü çıxararsan. İstədiyin şəxsə saysız-hesabsız ruzi

verərsən".    (“Görünən kəndə bələdçi gərəkməz.” – B. Araz)

(Guya sərmayə sömürülmüş artıq dərərlərin toplamı deyil. Araz)

Surə 2, Ayə 247:

(İsrail övladının) peyğəmbəri onlara dedi: "Allah Talutu sizə

padşah göndərdi". Onlar isə: "Biz hökmdarlığa daha layiq ikən

və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola

bilər?" - deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: "Allah

sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə)

ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədi-

yinə verər. ...” (Özünü yazqı yazmaq üçün allahlığa, “kölgə”-

sini şahlığa seçən Allah cümhüriyyət düşmanıdır. B. Araz)

Surə 4, ayə 34:

Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisi-

dirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və

(kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görə-

dir. ...

Surə 16, ayə 71:

Allah sizi, maişet ve rızık hususunda kiminizi kiminize üstün

kıldı.Nasipleri bol olanlar kendi nasiplerini, kendileriyle eşit

seviyeye gelecek derecede, yanlarında çalıştırdıkları köle ve

hizmetçilere vermezler.O halde nasıl olur da Allah'ın nimetini,

Allah'ın kendilerinin üzerindeki hakkını bile bile inkâr ederler?

 

Surə 6, ayə 55:

Biz ayələrimizi belə müfəssəl izah edirik ki,

günahkarların yolu açıq-aydın bilinsin.

Surə 6, ayə 115:

(Ya Rəsulum!) Rəbbinin sözü düzgünədalətli şəkildə ta-

mam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur.

O, (hər şeyi) eşidəndir, biləndir!

 

Surə 2, ayə 229:  (Dava əmi dərdi deyil, zəmi dərdidir” – Araz)

... Bunlar Allahın hədləridir (hökmləridir). Onlardan kənara

çıxmayın. Allahın hədlərindən (qanunlarından – Araz) kənara

çıxanlar, əlbəttə, zalımlardır. ...

(Qurandakı Tanrının makyavelisti metodları ilə tanış olalım:)

Surə 18, ayə 27: Rəbbinin kitabından sənə vəhy olunanı oxu.

Onun sözlərini heç kəs dəyişdirə bilməz. ...

Surə 21, ayə 23:

(Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar

bəndələr) isə (tutduqları əməllərə görə) sorğu sual ediləcəklər.

Surə 17, ayə 44:

Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı

Təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tə'rif deyib Ona

şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün)

təqdisini anlamazsınız. …

(Surə 11, ayə 7. Surə 16,ayə 24. Surə 2, ayə 13-ə baxın! Araz)

Surə 4, ayə 117:

(Məkkə müşrikləri) Allahı qoyub yalnız qadın bütlərə (Lata,

Mənata, Uzzəyə, Nailəyə) tapınır və yalnız asi (inadkar)

Şeytana ibadət edirlər.

Surə 12, ayə 40:

(Allahdan) qeyri ibadət etdikləriniz sizinatalarınızın (özün-

dən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan)

adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara

(ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. hökm

ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi

buyurmuşdur. Doğru (həqiqi) din budur, …

Surə 51, ayə 56:

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!

Surə 25, ayə 77:   (Yəni Antiinsani dəyərlər ölçüdür. Araz)

(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: "Əgər ibadətiniz

olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? ...

Surə 17, ayə 53:

(Ya Rəsulum!) Bəndələrimə de: "(Danışdıqları zaman "la ilahə

illallah; yərhəmukəllah; yəğfiru ləkəllah" kimi) gözəl sözlər

söyləsinlər (və ya müşrikləri imana də'vət edərkən onlarla xoş

danışsınlar!)" Şeytan onların arasına fitnə-fəsad sala bilər.

Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!

Surə 2, ayə 152:

Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada

salım! Mənə şükür edin, Məni danmayın!

Surə 14, ayə 4:

Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində (danışan)

göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin. ...

(Türkün kitabını Türk Araz yazıb \ Manqurt edən dinin kökünü)

(qazıb \ Antitürkçülüyün kökünü qazacıb. Araz türkçülüyün şah-

damarıdır \ Türk demokrasısının memarıdır. Baltacı Araz)

Surə 5, ayə 48:

... Sizin hər biriniz üçün bir şəriət (ilahi kitablar – Aarz) və bir

yol tə'yin etdik (Deyib ki, qaın erkəkin quludur \ İslam təslim

olan qulun yoludur. Araz). Əgər Allah istəsəydiyi, sizi (eyni

şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik)

Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür.

Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (birbi-

rinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır.

(Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xə-

bər verəcəkdir!        (Ha ha ha! Sən də gül! Baltacı Araz)

Surə 25, ayə 1:   

Âlemlere(Yəni bütün dünyaya – B. Araz) bir uyarıcı olsun

diye kuluna Furkân'ı indiren Allahın şanı yücedir.

Surə 3,ayə 85:  (Surə 48, ayə 16-ya da baxınız! – Baltacı Araz)

Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt

ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!

Surə 3, ayə 19:

Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab veril-

miş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi

olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən itilafa

(ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şüb-

həsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir.

Surə 5, ayə 51:

Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tut-

mayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dost-

luq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola

yönəltməz!

Surə 2, ayə 145:   (Elm ilə səfsətənin fərqi nədir? – B. Araz)

(Ya Rəsulum!) Sən kitab əhlinə hər cür dəlil gətisən də, onlar

sənin qiblənə tabe olmazlar. Sən də onların qibləsinə tabe olan

deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üz tutmaz-

lar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyi-

nə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan sayılarsan!

Surə 2, ayə 120:

(Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (din-

lərinə) tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaq-

dır. (Onlara) de: "Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!"

Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən

gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əza-

bından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.

Surə 3, ayə 20:

(Ya Rəsulum!) Əgər onlar (yəhudi və xaçpərəstlər) səninlə

mübahisə edərlərsə, belə de: "Mən özümü ardımca gələnlərlə

birlikdə Allaha təslim etmişəm". Kitab verilmiş şəxslərə və

savadsızlara (ərəb müşriklərinə) de:

"Siz də təslim (müsəlman) oldunuzmu?" Əgər təslim olarlarsa

(islamı qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar, yox,

əgər üz döndərərlərsə, (sənə bir zərər gəlməz), sənin vəzifən

ancaq (haqqı) təbliğ etməkdir. ...

Surə 18, ayə 29:

Və de: "Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də is-

təyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş ha-

zırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir.

(Cəhənnəmin qalın divarları zalımları əhatə edəcəkdir). Onlar

imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan)

kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə

pis içki, o (Cəhənnəm) necə də pis məskəndir! (Erkəklər qadın

olsaydılar Yəhudiləri yox, bəlkə quranı yandırardılar. B. Araz)

Surə 25, Ayə 11:

Lakin onlar (təkcə səni deyil) o saatı da (qiyaməti də) yalan say-

dılar. Biz də o saatı (qiyaməti) yalan hesab edənlər üçün (Cəhən-

nəmdə) şiddətli bir atəş hazırladıq.

Surə 4, ayə 14:

Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini

(qanunlarını – Araz) aşarsa, (Allah da) onu həmişəlik Cəhən-

nəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir

Surə 7, ayə 94:    (“Görünən kəndə bələdçi gərəkməz.” – Araz)

Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhali-

sini (peyğəmbərləri tanımadıqları üçün bir müddət) müsibətə

və bəlaya (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq və s.) saldıq ki,

bəlkə, (günahlarını başa düşərək Allaha) yalvarıb-yaxarsınlar!

Surə 33, ayə 36:

Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mö'-

mim kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixti-

yarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun

Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-

aydın azmışdır!

Surə 4, ayə 34:

Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hami-

sidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və

(kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görə-

dir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayə-

si sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini,

namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşı-

nalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin,

(yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! ...

 

Surə 4, ayə 128:  (Yəni kölə üçün təslim olmaq günah sayılmaz. Araz)

Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz

çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb

düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki

barışmaq daha xeyirlidir. ...

 

Surə 10, ayə 73:  (“Görünən kəndə bələdçi gərəkməz.” – Araz)

Onlar yenə də Nuhu yalançı hesab etdilər. Biz Nuha və onun-

la birlikdə gəmidə olanlara nicat verdik, onları (yer üzünə)

varislər (xələflər) etdik. Ayələrimizi yalan hesab edənləri isə

suda batırıb boğduq. ...

Surə 7, ayə 136:

Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları

(onlara e'tinasız yanaşdıqları) üçün (Fir'on əhlindən) intiqam

alaraq onları dənizdə batırdıq boğdug......

 

Surə 16, ayə 26:

Onlardan əvvəlkilər də hiylə qurmuşdular. Allah onların

binalarını təməlindən sarsıtdı, dərhal tavanları başlarına

çökdü və heç özləri də (hiss edib) bilmədilər ki, əzab onlara

haradan gəldi.

 

Surə 7, ayə 4:

Biz neçə-neçə məmləkətləri (onların əhalisini) məhv etdik.

Əzabımız onlara (Lut peyğəmbərin qövmünə) gecə (yatarkən),

yaxud (Şüeyb peyğəmbərin qövmünə) günün günorta çağı

(istirahət edərkən) gəldi.

Surə 11, ayə 82:

(Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yur-

dun altını üstünə çevirdik və üzərinə odda bişmiş (bir-birinə

bitişik) bərk daşlar yağdırdıq.

Surə 11, ayə 83:

Onlara Rəbbinin dərgahında əlamət qoyulmuş (hər daş kimə

dəyəcəkdisə, üstünə adı yazılmışdı). (Ya Rəsulum!) O (daşlar

sənin ümmətin içərisində olan) zalımlardan də uzaq deyildir!

(Əgər şirkdən və küfrdən tövbə edib əl çəkməsələr, onların

da başına yağar).

Surə 7, ayə 72:

Beləliklə, onu (Hudu) və onunla birlikdə olanları (iman gəti-

rənləri) Öz mərhəmətimizlə (əzabdan) xilas etdik. Ayələrimi-

zi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik.

 

Surə 8, ayə 12:     (Bu kitabın 362-ci səhifəsinə baxınız! – Araz)

(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə

vəhy edirdi: "Mən də sizinləyəm. Mö'minlərə qüvvət (mətanət)

verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların bo-

yunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!"

 

Surə 5, ayə 33:   (“Görünən kəndə bələdçi gərəkməz.” – Araz)

Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-

fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa

çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaq-

larını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunma-

lıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır.

Axirətdə isə onları böyük bir əzab gözləyir.

Surə 9, ayə 29:

Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən,

Allahın və Peyğəmbərinin haram buyurduqlarının haram bil-

məyən və haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziy-

yətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.

Surə 9, ayə 5:

Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm,

səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz,

öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün

yollarını - keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz

qılıb zəkat versələr, onları sərbəst buraxın! …

Surə 9, ayə 111:

Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürü-

lən mö'minlərin canlarını və mallarını Tövratda, İncildə və

Qur'anda haqq olaraq və'd edilmiş Cənnət müqabilində satın

almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz

sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!

 

Surə 48, ayə 16:  (“Görünən kəndə bələdçi gərəkməz.” – Araz)

(Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblərə de: "Siz

(bir müddətdən sonra) çox güclü bir qövmlə vuruşmağa ça-

ğırılacaqsınız. Siz onlarla vuruşacaqsınız (Yəni islam dinini

dünyaya ixrac etmək üçün savaşacaqsınız. Baltacı Araz),

ya da onlar dönüb müsəlman olacaqlar (döyüşə ehtiyac qalma-

yacaqdır). Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat ve-

rər. Yox, əgər əvvəldə olduğu kimi (döyüşdən) üz çevirsəniz,

(Allah) sizə ağrılı-acılı bir əzab verər".

(Surə 8, ayə 65. Surə 9, ayə 14-ə də baxınız! – Araz)

Surə 2, ayə 54:

O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: "Ey qövmüm,

siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz.

Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özü-

nüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz

yaradanınızın yanında sizin üçün xeyirlidir!" – demişdi ...

Surə 4, ayə 74:

Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah

yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə

və ya (düşmənə) qalib gələrsə, ona böyük mükafat verəcəyik.

Surə 3, ayə 15:

(Ya Rəsulum!) Söylə: "…Allahdan qorxub pis əməllərdən çə-

kinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan

cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar.

Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanın-

da (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki,

orada əbədi qalacaqlar. Onlardan ötrü orada (hər cür eyibdən)

pak olan zövcələr(cənnət fahişələri - Araz) və (ən böyük ne'-

mət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. ... (Yəni

ağaclı və çaylı cənnətlər ilə qadınlar erkəklərə qulluq etmək

üçündürlər. Araz)

Surə 18, ayə 31:

Onları (ağacları) altından çaylar axan Ədn cənnətləri gözləyir.

Onlar orada taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək

(altun qolbaqlar taxacaq), nazik və qalın ipəkdən (taftadan və

qumaşdan) yaşıl paltarlar geyəcəklər. O, nə gözəl mükafat, o

(Cənnət) necə də gözəl məkandır!                        (SON)

 

 “Mənim gerçək ağam və yönləndiricim olan Tanrı ilə həmsə-

fər olmağa qərar verdim (Çünkü həm qadın deyildin, həm də

antiqadın erkək olduğun üçün antiinsan idin – Baltacı Araz).

O çox qısqanc bir ağadır və kimsəni öz mülkünə şərik etməz.

Bu üzdən də hər kəs boş əllərlə, təslim ruhla və arınmış niyət-

lə (Yəni manqurt olduqdan sonra – Araz) Onun hüzuruna

getməlidir.”                                 Mahatma Qandı

 

İnsan olan insan öldürə bilməz,

Ölümdən qorxudub yıldıra bilməz.

Haqsızlığı hakim qıldıra bilməz;

Qurandan yana faşistin özüdür,*

Bu söz insan haqlarının sözüdür.

 

*- Hər bir insani, qövmi, milli haqqı öldürüb gömən faşistdir.

 

Həm oxuyun, həm gülün!

 

Doğasal varlıqları oluşdurub şəkilləndirib gəlişdirən hərə-

kətli maddənin buluna bilməmiş “Tanrı”sının adaşı olan

qurandakı yersəl və oğru Tanrının cahil ilə xurafatçı və

... yalançı olduğunu sərgiləyən bir neçə örnək ayə:

Cisimsiz Tanrı cəhlin nağılıdır \ quranın Tanrısı insanoğludur.

Onda ki, Türk xalqı da nadan idi \ Ax necə aldatması asan idi.

 

Quranın 8-ci surəsinin 31-ci ayəsi:

Ayələrimiz onlara oxunduğu zaman: "Eşitdik: istəsək, biz də

bunun bənzərini deyə bilərik. Bu, qədimlərin əfsanələrindən

(uydurmalarından) başqa bir şey deyildir!" - söyləyərlər.

Surə 65, ayə 12:

Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır.

Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz

əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri

onların arasında (mövcud olan bütün məxluqata) nazil olar.

Surə 2, ayə 29:

Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra sə-

maya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama

salan Odur (Allahdır)! O, hər şeyi biləndir!

Surə 11, ayə 7:

Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahi-

bi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə

yaradan Odur. …

- Surə 21, ayə 30:

Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdı-

ğımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! …

Surə 15, ayə 26:

Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxu-

muş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş)

qara palçıqdan yaratdıq!

Surə 15, ayə 27:

(Cinlərin babası) can tayfası (və ya İblisi) daha öncə (insan-

dan əvvəl) tüstüsüz oddan xəlq etmişdik.

- Surə 67, ayə 5:

And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü)

qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mər-

milər etdik və onlar (şeytanlar) üçün yandırıb-yaxan alovlu

atəş əzabı hazırladıq.

Surə 22, ayə 65:

(Ya Rəsulum!) Məgər Allahın yerdə olanları (heyvanları),

dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun

izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını

görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mər-

həmətlidir!

Surə 21, ayə 32:

Göyü (yerdən ötrü və onun üstünə düşməsin deyə) qorunub

saxlanılan bir tavan etdik.   (ha ha ha! Sən də gül! – Araz)

Surə 13, ayə 2 :

Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, …

Surə 15, ayə 16:

Biz səmada bürclər yaratdıq, onlara baxanlar üçün (ulduzlarla)

bəzədik.

- Surə 2, ayə 164:

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündü-

zün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfə-

ətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer

üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltmə-

sində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə

yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən

başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə

dəlalət edən) əlamətlər vardır.

Surə 25, ayə 44:

Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sö-

zü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan ki-

midirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan

heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi gör-

məz (Müsəlman qadın öz zərərinə təslim olar. Baltacı Araz).

Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar).

Surə 24, ayə 43:

Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir

araya toplayar, sonra da üst-üstə yığıb topa halına salar. Və gö-

rürsən ki, (o buludların) arasından yağmur çıxar, sonra Allah

göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da …

Surə 42, ayə 33:

Əgər (Allah) istəsə, küləyi saxlayar, onlar da (suyun) üzündə

durub qalarlar (nə irəli, nə də geri gedə bilərlər). …

Surə 21, ayə 81

Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən

küləyi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!

Surə 16, ayə 79:

Məgər (müşriklər) yerlə göy arasında (uçaraq Allaha) ram

olmuş quşları görmürlər?! Onları (havada) yalnız Allah sax-

layır (bütün hərəkətlərini ancaq Allah idarə edir). Həqiqətən,

bunda mö'minlər üçün ibrətlər vardır!

Surə 16, ayə 68:

Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağac-

larda və (insanların) qurduqları çardaqlarda (evlərin damında,

üzümlüklərdə) özünə evlər tik (pətəklər sal);

Surə 16, ayə 69:

Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla

rahat (asanlıqla) get! (Və ya: "Rəbbinin yollarını itaətlə tut!")

(O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rən-

gli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk

edənlər üçün bir ibrət vardır!

Surə 25, ayə 46:   (Guya günəş yerin başına fırlanır. B. Araz)

Sonra onu (o kölgəni günəşin yüksəlməsi ilə) yavaş-yavaş

Özümüzə tərəf çəkdik. (Əgər kölgəni yerə birdən salıb, birdən

çəksəydik, insanlar vahiməyə düşərdilər).

Surə 25, ayə 47:

Sizin üçün gecəni örtük, yuxunu rahatlıq yaradan, gündüzü də

(ruzi qazanmaqdan ötrü) həyat (fəaliyyət vaxtı) yaradan Odur.

Surə 25, ayə 62:

(Allahın qüdrətini həmişə) yada salmaq və (ne'mətlərinə) şü-

kür etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ar-

dınca gətirən də Odur!

Surə 17, ayə 12:

Biz gecə və gündüzü (qüdrətimizə dəlalət edən) iki əlamət

müəyyən etdik. Rəbbinizdən ruzi diləməniz, illərin sayını və

hesabı (vaxt ölçülərini) bilməyiniz üçün gecənin əlamətini

(qaranlığı) silib (yerinə) gündüzün işıqlı (görünən) əlamətini

gətirdik. Biz (…) hər şeyi (Qur'anda) müfəssəl izah etdik.

Surə 7, ayə 58:

Təmiz (torpağı münbit) bir məmləkətin bitkiləri Rəbbinin

iznilə (bol, vaxtında) çıxar. Pis (torpağı qeyri-münbit) bir

məmləkətin bitkiləri isə yalnız çox çətinlikdə (özü də az)

yetişər. Biz ayələrimizi (ne'mətlərimizə) şükür edən bir tay-

fa üçün belə müfəssəl izah edirik. (Ha ha ha ha! B. Araz)

- Surə 15, ayə 19:

Biz yer üzünü döşədik (orada hər şeyi yerbəyer etdik), orada

möhkəm dayanan  dağlar yerləşdirdik, hər şeydən (bütün

meyvələrdən) müəyyən ölçüdə (lazım olan qədər) yetişdirdik.

Surə 16, ayə 80:

Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi,

heyvanların dərilərindən həm köç vaxtı, həm də bir yerdə

qaldığınız zaman (daşınması) sizin üçün yüngül (asan) olan

evlər-çadırlar düzəltdi, onların yunundan, tükündən və qılın-

dan müəyyən vaxta qədər (…) istifadə edəcəyiniz ev əşyası

(pal-paltar, xalça-palaz) və (satlıq) mal verdi.     

Surə 14, ayə 32:

Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla

sizin üçün ruzi olaraq (cürbəcür) meyvələr yetişdirən, əmri ilə

dənizdə üzmək (yüklərinizi bir yerdən başqa yerə daşımaq)

üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe və çayları sizə

ram edən Allahdır!

Surə 14, ayə 33:

(Daim öz hədəqəsində, özləri üçün müəyyən olunmuş yerdə)

seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin

ixtiyarınıza verən Odur.

Surə 2, ayə 57:

(Yadınıza salın ki, Tih səhrasında yaşadığınız zaman) üstünü-

zə buludla kölgə saldıq və: "Ruzi olaraq verdiyimiz halal şey-

lərdən yeyin!" (deyərək) sizə qüdrət halvası və bildirçin gön-

dərdik. Onlar (əcdadınız) isə (itaətdən boyun qaçırmaqla) Bizə

deyil, ancaq özlərinə zülm etmiş oldular.

Surə 15, ayə 22:

Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları

tozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su

verdik (içirtdik). Yoxsa onu yığıb saxlayan (bir yerə toplayan)

siz deyilsiniz! (Allah yağış suyunu saxlayıb istədiyi vaxt, istə-

diyi yerə yağdırar).

Surə 16, ayə 81:

Allah yaratdığı şeylərdən (ağaclardan, evlərdən, dağlardan və

və buludlardan) sizin üçün (günəşin hərarətindən qorunmaq

məqsədilə) kölgəliklər əmələ gətirdi, sizdən ötrü dağlarda sı-

ğınacaqlar (mağaralar, kahalar), sizi istidən (və soyuqdan)

saxlayacaq (yun, kətan, pambıq) köynəklər, (sizi müharibədə)

qoruyacaq zirehli geyimlər düzəltdi. Allah nemətini sizə belə

tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz (müsəlman

olasınız)! (Yəni təslim olasınız. Baltacı Araz)

Surə 16, ayə 49:

Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə

heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!   

Surə 17, ayə 4:

Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı

təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tə'rif deyib Ona şü-

kür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün)

təqdisini anlamazsınız. (Allah) həqiqətən, bağışlayandır!

Surə 7, ayə 179:

Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün ya-

ratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini

sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anla-

mazlar. Onların gözləri vardır, lakin onunla (Allahın mö'cü-

zələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla

(öyüd-nəsihət) (Qurandakı xurafatçı-, xilafətçi-, antiqadın

ayələri.– Baltacı Araz) eşitməzlər. Onlar heyvan kimidirlər,

bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. …

Surə 16, ayə 24:

(Müşriklərdən:) "Rəbbiniz (Muhəmmədə) nə nazil etmişdir?"

- deyə soruşduqda, onlar: "Qədimlərin əfsanələrini(uydurma-

larını)!" - deyə cavab verərlər ki,

Surə 17, ayə 47:

(Sən Qur'an oxuyanda) onlar sənə qulaq asdıqları zaman nəyi

dinlədiklərini və zalımların (Dərünnədvədə) öz aralarında gizli

-gizli danışıb: "Siz ancaq ovsunlanmış bir adama uyursunuz!"

- dediklərini də bilirik.

Surə 2, ayə 13:

Onlara: "Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi

siz də iman gətirin!" -deyildiyi zaman (öz aralarında): "Biz də

səfehlər (ağılsızlar) kimi iman gətirək?" -deyə cavab verirlər.

(Ey mö'minlər!) Agah olun ki, səfeh onların özləridir, lakin

(bunu) bilmirlər.

Surə 8, ayə 32:

Bir zaman da: "Ya Allah! Əgər bu (Qur'an) Sənin tərəfindən

gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə

şiddətli bir əzab göndər!" - demişdilər.

Surə 6, ayə 158:

(Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbi-

nin (əzabının), yaxud da Rəbbinin bə'zi qiyamət əlamətləri-

nin gəlməsinimi gözləyirlər? (Ya Rəsulum!) Rəbbinin bə'zi

qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və

ya imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç

bir fayda verməz. De: "Gözləyin, doğrusu, biz də gözləyirik!"

- Surə 2, ayə 60:

Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona:

"Əsanı daşa vur!" -dedik. (O, əsanı daşa vuran kimi) ondan

(daşdan) on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. ...

Surə 7, ayə 143:

Musa tə'yin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi

onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa: ) "Ey

Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!" - dedi.

Allah: "Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax.

Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən", - bu-

yurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıl-

dıqda) onu parça-parça etdi.

Surə 21, ayə 91:

… Biz Öz ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəb-

rail vasitəsilə) ona üfürdük, onu və oğlunu (atasız doğulmuş

İsanı) aləmlərə (mələklərə, bütün insanlara və cinlərə) bir mö'-

cüzə etdik.

Surə 19, ayə 30:

(Allahdan bir mö'cüzə olaraq körpə dilə gəlib) dedi: "Mən,

həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, ö-

zümü də peyğəmbər etdi.

Surə 21, ayə 88:

Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qar-

nından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz mö'minlərə

belə nicat veririk!

Surə 21, ayə 81:

Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən

küləyi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!

Surə 3, ayə 124 və 125:

O zaman sən mö'minlərə deyirdin: "Rəbbinizin üç min mələk

endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?" - Bəli,

əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri)

qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min ni-

şan qoyulmuş mələklə sizə yardım edər.

Surə 18, ayə 25:

Onlar mağarada üç yüz doqquz il qaldılar. (Üç yüz il qaldılar,

üstünə bir doqquz il də artırdılar).

Surə 2, ayə 73:

Belə olduqda Biz: "(Kəsilmiş inəyin) bir parçasını ona (qatili

bilinməyən ölüyə) vurun!" - dedik. (Onlar da vurdular və ölü

dirildi). Allah (bütün) ölüləri bu qaydada dirildər və sizə Öz

mö'cüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz.

Surə 16, ayə 40:

Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: "Ol!"

deməkdir. O da dərhal olar.

Surə 10, ayə 38:

Yoxsa: "(Peyğəmbər) onu özündən uydurdu!" - deyirlər. De:

"Əgər doğru deyirsinizsə, ona (Qur'ana) bənzər bir surə gətirin

və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə)

çağırın!"