121 - Makyavelizmin şivələri ilə qurandakı
Aşağıdakı yazı Azərəxş bəyin dəyərli yazısının
bir bölümüdür.
Makyavelizmin şivələri ilə qurandakı Tanrını şivələri
eynidirlər. Baltacı Araz
İranda makyavelizm və şovenizm şivələrlə
mollalar qan tökür.
Azərəxş
Xalq kütlələrinin işsizliyi, yoxsulluğu, aclığı, fəsad, etiyad
(~ narkomaniya) dini diktatorların xeyrinədir.
Camiədə belə ümuni faciəni cəbbar diktatorlar bilərək qəsdən
yaradarlar.
Çünki ac möhtac insan ilk başda özü və ailəsinin qarnın doyur-
maq üçün hər bir işə qatlanar və istəmədən hər cür zorakılığa
tabe olar.
Bu gün Tehranda hökum sürən mollalar xilafəti ilk gündən ey-
ni şivədən istifadə etmişlər və günbəgün qəddarcasına dəvam
etməkdədirlər.
[Vəhşi Ərəb Türkü it təkin didib / Qılınc gücü ilə müsəlman edib.]
[Surə 7, Ayə 94: Biz hansı bir məmləkətə peyğəmbər göndər-]
[diksə, onun əhalisini (peyğəmbərləri tanımadıqları üçün bir]
[müddət) müsibətə və bəlaya (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq]
[və s.) saldıq ki, bəlkə, (günahlarını başa düşərək Allaha) ]
[yalvarıb-yaxarsınlar! Baltacı Araz]
Fars dilində yazılmış (Fərhənge Muin) adlı kitabda cəbbar kəl-
məsinin mənasın açıqladıqda belə yazır:
(Cəbbar kəlməsi Allahın sifətlərindən biridir.)
Sonra qısa şərhdə deyir: Cəbbar Allahın sifətlərindən bir olduğu
halda, onun əsil mənası yəni: Hər şeyə qadir və müsəllət olmaq,
qüdrətli olmaq, qəhhar və qəzəbli olmaq və nəhayətdə cəbbar
təkəbbürlü, xodxah, rəhimsiz olmalıdır.
Buna görə (Makyaveli) yazdığı (Şəhryar) adlı kitabında qəd-
dar hakimlərə nəsihət edib yol göstərir və onlara xitabən belə
deyir:
Müsəllət olmaq üçün gərək rəhimsiz və cəbbar olasız. Çünki
təkcə qəddar və cəbbar olmaqla hakimiyyəti qəsb edənlər öz
məqamlarında və qüdrətdə qala bilərlər.
Xalqa müsəllət olmağın gərəyi insaniyyətdən uzaq olmaq və
bütün rəzilanə və qeyri insanı şivələrdən istifadə etmələ, öl-
kənin bütün sərvət qaynaqların ələ keçirmək lazımdır.
Cəbbar qüdrəti ələ aldıqdan sonra öz hakimiyyətinə dəvam
verib onu yaşadmaq istərsə, gərək o camiədə mövcud olan
bütün şərir, rəhimsiz, cinayətkar, oğru, cahil, qanmaz və
məntiqsiz ünsürləri öz ətrafına toplayıb, onları silahlandırıb,
böyük məqamlara mənsub edib, geniş imkanlar və ixtiyarlar
verməklə birlikdə, onlara bol-bol pul verib öz əmrinə tabe
etməlidir.
Makyavel şəhryar kitabında qeyd edir:
Cəbbar və onun müttəhidləri və onunla birlikdə hakimiyyətə
ortaq olan təbliğatçılar, yaradılmış silahlı qüvvələrdə xidmət
edənlər gərək cəbbarın əmrlərinə tabe olsunlar, bu qüvvələrdə
cəbbara xidmət edən muzdurların fikir və düşüncələrini haki-
miyyətin təbliğatçıları gərək sürətlə dəyişdirsinlər.
Yəni dəvamlı olaraq uydurucu, içiboş, yalan təbliğatlar və ar-
dıcıl təlimatlar verməklə xidmətçilərin beyinlərin yuyub yaxa-
layıb “manqurtlaşdırib”, cəbbarın qüdrətin “əzəmətin” onların
gözündə “Allah” kimi tanıddırmaqa daimən danışıb təlaş et-
məlidirlər. Beləliklə onları (manqurtlaşdırıb) cəbbarın hər bir
sözün və əmrlərin “Allah”ın əmrləri kimi göstərməlidirlər.
Makyavelli deyir:
Təlimat görmüş və əmrə tabe olan silahlı qüvvələrin ən vacib
və başda gələn vəzifələrindən biri hakim olan cəbbarın məqa-.
mından və onun hakimiyyətindən ciddiyyətlə müdafiə etmək
və bu vəzifə ilə yanaşı, xalqın xüsusi həyatına müdaxilə et-
mək, ailələri dağıtmaq, nəfəsləri boğmaq, hakimin əleyhinə
baş qaldıran hər bir şəxsi gərək tam qüdrətlə və heç rəhm et-
mədən öldürüb məhv etmək lazımdır
Cəbbarın ətrafında olan rəngarəg hiləgər həmkarları, xalqı al-
dadmaq üçün dəvamlı oaraq gərək böyük yalanlar danışıb və
heç bir cinayətdən, rəzalətdən çəkinməsinlər.
Cəbbarın işgüzarları camiənin əxlaqın sarsıtmaq üçün gərək
xalq kütlələrinin arasında yalan danışmağı, yaltaqlığı, yalvar-
mağı, itaətkar olmağı, dilənçiliyi, xəbərçiliyi, əxlaqsızlığı rə-
vac verib, qadın və qızları fəsada sürükləyib, cürbəcür fəsad-
ların camiədə yaranmasına və xalqın arasında rəvac tapması-
na gərək cəhd göstərsinlər. Bu rejimin işgüzarlarının önəmli
vəzifələrindən biri olduqda, həm də xalqın oyanışının dirçə-
lişinin qarşısın şiddətlə almalıdırlar. Geniş xalq kütlələrinin
aydınlaşması, oyanışı cəbbar iqtidarının xeyrinə deyil, buna
görə də xalq kütlələrin gərək həmişə cahil, ac mühtac, yox-
sul, dilənçi, qorxaq saxlamaq.
Çünkü ac, mühtac, qorxaq, yoxsul olmayan və şüurların ça-
lışdıran xalq kütlələri bir-birləri ilə görüşüb, danışıb düşü-
nərək cəbbarın zülmləri əleyhinə birləşib qiyam edə bilərlər,
bələliklə cəbbarın hakimiyyəti məhv olub aradan gedər və
sayirələr.
.......................
Yuxarıda qeyd olunan qısa mətləblər italiyalı Makyavelinin
(1469-1527-ci illərdə) cəbbarlara verdiyi nəsihətlərdən kiçik
bir bölümü idi.
...................
Yaşasın Azərbaycan
Azərəxş
27.10.2011